Ana səhifə Qalereya Xidmətlər Məşqçilər Preyskurant Əməkdaşlıq Əlaqə
Ganjlik logo
Phone number
Map
Football
Tennis
Pool
Sauna
Fitness

Sağlam həyat tərzi

İdman, bədən tərbiyəsi hər bir insan üçün labüddür. İdman sağlamlığı və cəmiyyətin inkişafını təmin edən ən vacib amildir. İdmanla məşğul olan insanlar fiziki cəhətdən sağlam olduqları kimi ruhən də sağlam olur, zərərli vərdişlərdən uzaq olurlar. Fiziki cəhətdən qüvvətli insan özünü daha da qətiyyətli, inamlı hiss edir.

İdman – sağlamlıqdır, sağlam həyat tərzidir, o, ölkələrə şərəf gətirir, onların ümumi inkişafından xəbər verir. Keçirilən beynəlxalq idman yarışlarının nəticələrinə diqqət yetirsək əmin olmaq olar ki, əksər hallarda nailiyyət qazananlar, inkişaf etmiş ölkələrin idmançılarıdır, o ölkələrin ki, harada idmana dövlət yardımı var.



Azərbaycanda idmanın inkişaf tarixi

Azərbaycan üçün idman həmişə bir növ ənənəvi məşğulliyət olub. Hələ qədim zamanlardan zorxana adlandırılan xüsusi ayrılmış yerlərdə milli idman növü olan «güləş» yarışları keçirirlər, Oğuz xalqının qəhrəman oğulları, hətta qızları da «çovqan» oyununda at çapmaqda, qılınc oynatmaqda, atıcılıqda çox məharətli idilər. 1912-1913-cü illərdə Azərbaycanın və Gürcüstanın futbol komandalarının yarışları əvvəlcə Tiflisdə, sonra isə Bakıda təşkil olunub. 1914-cü ildə Azərbaycanda futbol birliyi yaradılıb. Bu birlik şəhər birinciliyi və digər mötəbər yarışların təşkilini öz üzərinə götürüb. O ildən başlayaraq ölkədə müxtəlif idman növləri üzrə cəmiyyət və təşkilatların yaranması bir ənənə şəklini almışdır. Azərbaycan keçən əsrin əvvəllərində Rusiyanın tərkibində olduğundan, burada dövlət səviyyəsində idmanın inkişafı üçün işlər aparılmamışdır. Bu səbəbdən də idmanın dövlət səviyyəsində inkişaf etdirilməsinə keçən əsrin 20-ci illərindən başlanılmışdır. O andan etibarən təkcə Bakıda deyil, Respublikanın digər rayon və şəhərlərində də əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün maddi-texniki bazanın yaradılması, idmanın müxtəlif növləri üzrə klub və bölmələrin təşkili işləri aparılırdı.

Sovet dövrü ərzində idmanla məşğul olmaq üçün Respublikada əhəmiyyətli dərəcədə maddi-texniki baza yaradılmış, peşəkar məşqçi və idmançılar yetişdirilmiş, idman məşqələləri ali və orta məktəb proqramlarına daxil edilmiş, bədən tərbiyəsi və idmanın təbliğinə informasiya vasitələrində geniş yer verilmişdir. İdman bölmələrinə qeydiyyat pulsuz və ya simvolik ödəmələrlə aparılırdı.

SSRİ-nin dağılmasından sonrakı böhran illərində Azərbaycanın bütün idman-sağlamlıq sahələri dövlət hamiliyi və maliyyəsindən məhrum oldu ki, bu da idman kompleksləri və idman qurğularının vəziyyətinə böyük zərər vurdu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmana xüsusi diqqət yetirilməyə başlandı.

Müstəqillik və dövlətçiliyin möhkəmləndirilməsi, etibarlı gələcəyin təminatı əhalinin aktivliyinin artırılmasından asılıdır ki, bunun da əsasını sağlam həyat tərzi təşkil edir.

Dahi rəhbər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmiş məhz bu mühüm konsepsiya idmanın inkişafının aparıcı mövqeyini təşkil edir.

Azərbaycanın beynəlxalq yarışlarda ön sıralara çıxması, Bakının mühüm beynəlxalq yarışların keçirilməsi mərkəzinə çevrilməsi Azərbaycanın şərəfini daha da ucaldır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir.

Dövlət tərəfindən qərarların qəbul edilməsi və tədbirlərin keçirilməsi bizim ölkədə bədən tərbiyəsi və idmanın kütləvi inkişafına şərait yaradır.



Gənclik idman kompleksi

İdman respublika əhalisi arasında geniş yayılmış məşğuliyyət olmaqda davam edir. Azərbaycanda işləyən xarici vətəndaşlar da (hər ay Azərbaycan Respublikasına orta hesabla 7500 xarici vətəndaş gəlir ki, onlarında yarısından çoxu uzun müddət qalır) bu siyahıya əlavə olunurlar. «Gənclik» idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Burada səliqəli qulluq olunan çəmənlik, tamamilə düz asfalt qaçış yolları, göz oxşayan parlaq divarlı binaları, bir sözlə hər şey nikbinlik və enerji ilə nəfəs alır. Həmişəyaşıl ağaclarla əhatəyə alınmış kompleks şəhərin mərkəzində yerləşməklə, rahat giriş yollarına malikdir, bundan əlavə müstəqil istilik və enerji təchizat sistemi olmaqla, su və elektirk enerjisi təchizatında fasilələrə yol verilmir. Bunlardan əlavə 150 yerlik avtomobil dayanacağı sahəsinə malikdir. «Gənclik» idman kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu (25x10), trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub. Burada siz idmanla məşğul olduqdan sonra öz dostlarınızın əhatəsində dadlı şirələr və ətirli çay içə bilərsiniz. Respublikanın dövlət və siyasi elitası, görkəmli və qabaqcıl iş adamları, biznesmenlər, xarici səfirliklər və beynəlxalq müəssisələrin nümayəndələri bizim daimi müştərilər siyahısına daxildir. Xidməti işçilərin (personalın) yüksək peşəkarlıqla, müasir avadanlıq və inventarlardan istifadə olunaraq təqdim etdikləri xidmətlər beynəlxalq standartlara uyğundur. «Gənclik» idman kompleksi peşəkar və ya həvəskar səviyyəsində məşq etmək üçün xüsusi avadanlıqlarla təchiz olunmuş tennis, üzgüçülük, mini-futbol, ümumi fiziki hazırlıq zallarına malikdir. «Gənclik» idman kompleksində siz çox geniş çeşiddə idman növləri üzrə məşqlər keçirə bilərsiniz. Onların əksəriyyəti üzrə aşağıda qeyd olunan xidmətlər mümkündür:

  • korporativ iştirak
  • idman qurğusunun icarəsi (qapalı zalın və ya açıq meydançanın, təşkilat və ya fiziki şəxs tərəfindən, yarışlar və ya məşqlərin keçirilməsi üçün; bir dəfəlik və ya daimi əsaslarla)
  • abunə
  • bir dəfəlik istifadə (bir məşqə satılan bilet üzrə)


 
© 2002-2006 “Gənclik” l all rights reserved l created by “Azerin” LLC